IQNA

Mişiqanda “İlahi ədalət və Həzrəti Mehdi (əc)” adlı qurultay keçiriləcək

15:17 - January 09, 2012
Xəbər sayı: 2254125
Beynəlxalq şöbə: “İlahi ədalət və Həzrəti Mehdi (əc)” adlı Amerika müsəlmanları konqresinin 8-ci beynəlxalq qurultayı Amerikanın Mişiqan əyalətində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): «Muslim Congress» xəbər bürosunun məlumatına əsasən, bu qurultay “Dünya ədalət intizarında və ədalət Mehdi (əc)-nin intizarında” şüarı altında 1391-ci il tir ayının 11-i keçiriləcək.
İmam Mehdi (əc) ədalətinin xüsusiyyətləri, İlahi rəhbərsiz ədalət, Həzrəti Mehdi (əc) dostlarının xüsusiyyətləri, modern müsavat qarşısında İlahi ədalət, ictimai asayişin həll yolu və s. mövzular bu qurultayda tədqiq edilmişdir.
Amerika müsəlmanları konqresi müsəlmanların köməkləri vasitəsilə idarə olunan qeyri-rəsmi təşkilatdır, bu təşkilat 2005-ci ildə Peyğəmbərdən (s) və Əhli-beyt (ə)-dan bizə gəlib çatmış islam təlimlərini yaymaq məqsədilə fəaliyyət göstərir və heç bir daxili və xarici qurumlarla əlaqəsi yoxdur. 922850
captcha