IQNA

Londonda “Gözlənilən Xilaskar” seminarı keçiriləcəkdir

22:27 - July 02, 2012
Xəbər sayı: 2359515
Beynəlxalq qrup: İmam Mehdinin (ə.c) viladəti münasibəti ilə Londonun İslami Mərkəzində “Gözlənilən Xilaskar” seminarı keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «ic-el» saytına istinadən verdiyi xəbərə görə bu seminar iyul ayının 8-də keçiriləcəkdir.
“Gözlənilən Xilaskar” seminarı İngilis İslam Mərkəzinin və “Məcməi İslami Əhlul-beyt (ə)”in – (Əhlul-Beyt İslami Birliyi) – təşəbbüsü ilə təşkil olunmuşdur.
Mehdi (ə) və dünya, İntizar dövründə vəzifəmiz, Kərbəladan Mehdiyədək (ə) və s… mövzular bu seminarda mütəfəkkirlər tərəfindən müzakirə ediləcəkdir.
Bundan əlavə İngilis İslam Mərkəzi Şəban ayının 15-də İmam Mehdinin (ə.c) təvəllüd bayramını qeyd edəcəkdir.
1042942
captcha