IQNA

İİR-nın "Ənvarul-Hüda" dini nəğmələr qrupu "Nimrul-Həqq" adlı yeni klipini təqdim etdi

0:25 - January 06, 2018
Xəbər sayı: 3482604
Səudiyyə Ərəbistanı şiələrinin mənəvi lideri şəhid mücahid şeyx Nimr Baqir Nimrin şəhadətinin ikinci ildönümü münasibəti ilə yeni audioklip nəşr edildi.

İİR-nın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, təkfiçri və vəhabi rejimi olan Ali-Səud tərəfindən məzlumcasına şəhid edilən Səudiyyə Ərəbistanı şiələrinin mənəvi lideri şəhid mücahid şeyx Nimr Baqir Nimrin şəhadətinin ikinci ildönümü münasibəti ilə yeni audioklip nəşr edildi.

"Nimrul-Həqq" adlanan bu audioklipi İran İslam Respublikasının müqəddəs Qum şəhərinin "Ənvarul- Hüda" dini nəğmələr və "təvaşih" qrupu hazırlayıb.

Bu əsərin sözlərinin müəllifi şair Mürtəza Heydəri Ali-Kəsir, bəstələyəni Məhəmməd Aşuri, hazırlayanı Seyid Mehdi Əhmədi və miks və masteri isə Həsən Səfərinindir. 

"Ənvarul- Hüda" dini nəğmələr qrupunun yeni əsəri "Əhar" media mərkəzi tərəfindən istehsal və nəşr edilmişdir.

Audioklipi aşağıdakı linkdən dinləyə və endirə bilərsiniz:

ENDİR / DİNLƏ

 

http://iqna.ir/fa/news/3679241

 

captcha