İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Alman və Avropada İslam” teleqram kanalına istinadla verdiyi xəbərə görə, Almaniyanlı şərqşünas, dilçi, filoloq, xristian ilahiyyatçı və mütərcim Teodor Bibliandrın Qurani- Kərim tərcüməsi Latın dilinə 1543-cü ildə İsveçin Bazel şəhərində çap və nəşr edildi. Latın dili qədim Rum dilidir ki, orta əsrlərdə Ərəb dili İslami ölkələrin ümumi elmi dili olduğu kimi, Avropa ölkələrində elmi dil idi.
Almaniyanlı şərqşünas, dilçi, filoloq, xristian ilahiyyatçı və mütərcim Teodor Bibliandr əslən İsveçlidir və “Dini İslahat” (Reformation) cərəyanının üzvü idi.
O, təhsil aldığı müddətdə xristian ilahiyyatından əlavə şərq dilləri sahəsində, xüsusilə də ibri dilini və şərqşünaslıq sahəsində təhsilini davam etdirdi.
O, təhsilini bitirdikdən sonra Zurix şəhərinə gedərək burada universitetdə tədris ilə məşğul oldu. Onun əsas ixtisaslarından biri də “əhdi- ətiq”in mütaliəsi və “müqəddəs mətn”ləri dilçilik baxımından araşdırmaq idi.
İsveçrəli keşiş və dini islahat cərəyanının məşhur siması “Ulrix Zvinqli” (Ulrich Zwinglis, 1484 - 1531) vəfat edəndən sonra universitetin ustadlıq kürsüsü Bibliandıra verildi. Amma İsveçrə digər məşhur protestant ilahiyyatçı Jan Kalunun fikri nüfuzu altında olduğu üçün Bibliandr ki, onun tənqidçisi idi, məcbur oldu 1560- cı ildə təqaüdə çıxsın. Bibilandr təqaüdə çıxdıqdan dörd il sonra isə vəfat etdi.
Şərqşünas, dilçi, filoloq, xristian ilahiyyatçı və mütərcim Teodor Bibliandr elmi işlərlə məşğul olduğu dövrdə “Əhdi- Cədid” və Qurani- Kərimi tərcümə etdi. Qurani- Kərimi tərcümə edərkən ingiltərəli keşiş Rabert Fun Ketunun tərcüməsini təkmilləşdirdi və sonda latın dilində kamil bir tərcümə hazırlayaraq 1543-cü ildə həmin tərcüməni çap və nəşr etdi.
Teodor Bibliandr tərcüməsi hazırda Avropanın bəzi kitabxanalarında mövcuddur.
http://iqna.ir/fa/news/3679807