IQNA

BMT Myanma generalının məsuliyyətə cəlb edilməsini istəyir

8:51 - August 28, 2018
Xəbər sayı: 3483746
Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada ruhingiyalı müsəlmanları qətliam edən ordu generalının hüquqi baxımdan məsuliyyətə cəlb edilməsini tələb etdi.

BMT Myanma generalının məsuliyyətə cəlb edilməsini istəyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada ruhingiyalı müsəlmanları qətliam edən ordu generalının hüquqi baxımdan məsuliyyətə cəlb edilməsini tələb etdi.

BMT-nin İnsan Hüquqları Şurası dünən, həftənin birinci günü, 27 Avqust 2018-ci il, yekun hesabatında Myanmanın Raxin əyalətində ruhingiyalı müsəlmanların başına gələnləri soyqırım adlandırdı.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Şurasının beynəlxalq araşdırmaçılarının hazırladığı bu hesabatda deyilir: Myanmar silahlı qoşunları Ruhingiyada yaşayan müsəlman azlıqları soyqırım hədəfi ilə qətliam ediblər və təcavüzə məruz qoyublar. Buna görə də Myanma silahlı qoşunlarının komandiri və bu ordunun digər beş generalı bu dəhşətli cinayətləri törətdikləri üçün cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Hesabatın davamında deyilir: Ang San Su Çinin rəhbərlik etdiyi hökumət radikal buddistlər və generalların Raxin, Kaçin və Şan əyalətlərində müsəlman azlıqlara qarşı həyata keçirilən müharibə cinayətlərinin qarşısını almaqda aciz olduğu üçün bu cinayətlər barədəki sənədləri məhv edib.   

http://iqna.ir/fa/news/3741738

Teqlər: iqna ، myanma ، bmt ، raxin
captcha