IQNA

BƏƏ-də Beynəlxalq Humanitat Qardaşlıq Konfransı başlayıb

8:36 - February 04, 2019
Xəbər sayı: 3484633
Konfrans Əbu Zəbinin vəliəhdi Məhəmməd ibn Zayid Ali Nihyanın dəstəyi il "əl-İmarat" sarayında, dünyanın müxtəlif yerlərindən gəlmiş dini şəxsiyyətlər və media əhlinin iştirakı ilə keçirilir.

BƏƏ-də Beynəlxalq Humanitat Qardaşlıq Konfransı başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 3 Fevral 2019-cu il, BƏƏ-nin paytaxtı Əbu Zəbi şəhərində Beynəlxalq Humanitat Qardaşlıq Konfransı başlayıb.

PAPA Fransisin BƏƏ və Səudiyyə Ərəbistanına səfəri ərəfəsində başlayan bu konfrans Müsəlman Hakimlər Şurasının təşəbbüsü ilə keçirilir.  

Konfrans Əbu Zəbinin vəliəhdi Məhəmməd ibn Zayid Ali Nihyanın dəstəyi il "əl-İmarat" sarayında, dünyanın müxtəlif yerlərindən gəlmiş dini şəxsiyyətlər və media əhlinin iştirakı ilə keçirilir.

İki günlük konfransda Ərəb Birliyinin baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və Livanın Maruni Kilsəsinin baş keşişi və Amerika-Ərəb Mərkəzinin rəisi və digərləri iştirak edirlər.

Konfransın hədəfi zorakılığın, məzhəbi qarşıdurmanın və irqçiliyin yerinə dünya ictimaiyyətinə sülh mədəniyyəti, vətəndaşlıq məfhumu və insani qardaşlıq məfhumunu aşılamaq və zorakılıq, radikalizm və irqçilik kimi mənfi hallarla mübarizə yollarını müzakirə etməkdir.  

http://iqna.ir/fa/news/3786924  

captcha