IQNA

Almaniyada "din və dövlət münasibətləri" mövzusunda konfrans keçiriləcək

23:50 - February 12, 2019
Xəbər sayı: 3484680
Almaniyanın Tutzing əyalətinin İncil İlahiyyatı Akademiyasında Cənubi Afrika ölkələrində 25 il demokratiya və din və dövlət arasında həmkarlıq mövzusunda konfrans keçiriləcək

Almaniyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Mədəniyyət Əlaqələri İdarəsinə istinadla verdiyi xəbərə görə,  Almaniyanın Yuxarı Bavariya əyalətinin Tutzing əyalətinin İncil İlahiyyatı Akademiyasında "Cənubi Afrika ölkələrində 25 il demokratiya və din və dövlət arasında həmkarlıq" mövzusunda konfrans keçiriləcək.

Bu konfrans Fevral ayının 13-də, həftənin 3-cü günü, başlayacaq və Fevral ayının 15-dək davam edəcəkdir.

Almaniya, Cənubi Afrika və digər ölkələrin iştirakı ilə keçirilən konfransda dövlətlər və dinlər arasında olan problemlər araşdırılacaqdır.

Konfransda Tutzing əyalətinin İncil İlahiyyatı Akademiyasının rəisi professor Otto Hahn mədəni Almanların və Afrikalıların baxışında cəmiyyət və din məsələsi mövzusunda çıxış edəcəkdir.

"Din və mədəni cəmiyyət; Almaniya və Cənubi Afrika təcrübələri", "Din və inkişaf; imkanlar və həmkarlıq sıxıntıları", "Cənubi Afrikada 25 illik demokratiyanın yaranmasında kilsə və məzhəbi cəmiyyətin təsiri" və "Almaniyanın 70 illik din və dövlət təcrübəsi" konfransda danışılacaq digər mövzulardır.    

http://iqna.ir/fa/news/3789485

 

captcha