IQNA

Misrin Beynəlxalq Quran yarışlarının hakimlərinin adları açıqlandı

8:46 - March 03, 2019
Xəbər sayı: 3484784
Misrin İslami Vəfqlər (Fondlar) Nazirliyi bu ölkədə keçiriləcək 26-cı Beynəlxalq Qurani-Kərim Yarışlarını idarə edəcək daxili və xarici hakimlər heyətinin adlarını elan edib.

Misrin Beynəlxalq Quran yarışlarının hakimlərinin adları açıqlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin İslami Vəfqlər Nazirliyi bu ölkədə keçiriləcək 26-cı Beynəlxalq Qurani-Kərim Yarışlarını idarə edəcək hakimlər heyətinin adlarını elan edib.

Misrin 26-cı Beynəlxalq Qurani-Kərim Yarışları cari ilin Mart ayının 23-dən 29-dək Misrin İslami Vəqflər (Fondlar) Nazirliyinin Ciyzə əyalətinin "6 Oktyabr" şəhərində yerləşən "Dəvətçilər və Camaat İmamlarının Yetişdirilməsi Akademiyası"nda keçiriləcək.

Quran yarışlarına əl-Əzhər İslam Elmləri Akademiyasının "İslami Təbliğat İnstitutu"nun rəisi Camal Faruq, Tənta Quran İnstitutunun keçmiş rəis müavini Əbdülkərim Saleh, Misrin Qarilər Birliyinin üzvü Şeyx Helmi Cəməl, Quran İnstitutunun ustadları Əhməd Məhəmməd Seyyid Xəttab və Məhəmməd Rifai Kamil Rifai və Misrin İslami Fondlar Nazirliyinin xətibi Siracuddin Məhəmməd Süleyman hakimlik edəcəklər.

Misrin Quran yarışlarına nəzarət etmək üçün aşağıda adları çəkilən xarici beynəlxalq hakimlər dəvət olunublar: Vəlid ibn Xalid İbrahim Şəmsan (Səudiyyə), Yusif Nuim Yusif Məhəmməd (Sudan), Hatəm Cəmil Mahmud Süheymat (İordaniya), Əli Məhəmməd Hüseyn Ğəzavi (Livan) və Fələstindən Səid İbrahim Səid Davud.

http://iqna.ir/fa/news/3794490  

captcha