IQNA

Müqavimətin möhkəmliyi Amerikanın planlarını uğursuz qoydu

13:28 - March 09, 2019
Xəbər sayı: 3484814
Livan Hizbullahının baş katibi deyib: Amerika 2006-cı ildə müqavimətə son qoymaq üçün böyük planlara malik idi, amma müqavimət mehvərinin möhkəmliyi bu planları uğursuz qoyubdur.

Müqavimətin möhkəmliyi Amerikanın planlarını uğursuz qoyduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən (8 Mart 2019) Beyrutun Zahiyə məntəqəsində islami müqavimətə dəstək heyətinin təsisinin 30-cu ildönümü günü münasibətilə etdiyi çıxışında İngiltərənin sanksiyalarına və Hizbullahın siyasi qolunu terrorizm siyahısına salmasına toxunub.

Livan Hizbullahının baş katibi deyib: Amerika 2006-cı ildə müqavimətə son qoymaq üçün böyük planlara malik idi, amma müqavimət mehvərinin möhkəmliyi bu planları uğursuz qoyubdur.

O, vurğulayıb ki, müqavimət mehvərinə qarşı sanksiyalar bu mehvərin qüdrətindən irəli gəlir. Nəsrullah əlavə edib: Müqavimət mehvəri regional tərəflərin dəstək verdikləri amerikan-sionist planı uğursuz qoyubdur və müqavimət mehvərinin terrorizm siyahısına salınması Amerikanın və onun müttəfiqlərinin bu mehvərlə mübarizədəki acizliklərindən irəli gəlir və müqavimətin qüdrəti, iradəsi və dəyanəti günbəgün artır.

Livan Hizbullahının baş katibi həmçinin vurğulayıb: Livanda müqavimət İranın himayələri və Livan xalqının köməkləri ilə möhkəm dayanıbdır.

http://iqna.ir/fa/news/3796181/

Teqlər: livan ، nəsrullah ، müqavimət
captcha