İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Oktyabr ayında Kanadada "HALAL -2019" sərgisi çərçivəsində halal məhsullar və xidmətlər nümayiş olunacaq.
Kanada bu sərgidə ən yaxşı və keyfiyyətli halal məhsulları və xidmət sevirslərini nümayiş etmək qərarına gəlib.
Sərgidə dünyanın hər yerində halal məhsullar, halal ət, içki, qida məhsulları, turizm, geyim, dərman və gözəllik məhsulları üzrə fəal şirkətlər, o cümlədən son illərdə bu sahədə Şimali Amerikada aktiv olan İndoneziya, Malaziya və Türkiyə şirkətləri iştirak edəcəklər.
Bu sərgi 2019-cu ilin Oktyabr ayının 8 və 9-da Kanadanın Mississauga beynəlxalq ticarət mərkəzində keçiriləcək.