İordaniya poçt idarəsinin sözçüsü Zirə Əlizzə "Qüds-Fələstinin paytaxtı" adlı bu yeni markanın nəşrindən xəbər verərək, əlavə edib: Bu marka sabahdan İordaniyada maraq göstərənlərin ixtiyarına veriləcək.
İordaniyanın hökuməti və xalqı dəfələrlə bildiriblər ki, Fələstin məsələsinin yeganə həll yolu, sionist rejimin işğalına son qoyulması və Qüdsi-Şərif paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkilidir.