IQNA

İstambulun tarixi məscidi; Evsizlərin ümid yeri

9:14 - July 01, 2019
Xəbər sayı: 3485424
Türkiyənin İstambul şəhərinin "Səlimə Xatun" tarixi məscidi pulsuz yemək, geyim, hamam və qalmaq üçün yer imkanları yaradaraq evsizlərin gecələməsi üçün təhlükəsiz bir məkana çevirilmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərinin "Səlimə Xatun" tarixi məscidi pulsuz yemək, geyim, hamam və qalmaq üçün yer imkanları yaradaraq evsizlərin gecələməsi üçün təhlükəsiz bir məkana çevirilmişdir.

İstambulun "Beyoğlu" rayonunda yerləşən qədim və tarixi "Səlimə Xatun" məscidi 17-ci əsrdə inşa edilmişdir.

Bu məscid hazırda 52 yaşlı camaat imamı Osman Gükrəm tərəfindən idarə edilir. Onun camaat imamı olduğu 17 il ərzində bu məscid evsiz-eşiksizlərin gecələmə yeri olmuş və onlarla evsiz və küçə adamı bu məsciddə rahatlıq tapmışlar.

Evsizlərin rahatlıq tapdıqları və gündəlik ehtiyaclarını qismən ödədikləri bu məsicd Türkiyədə insanlara hər gün pulsuz hamam xidməti göstərən yeganə məsciddir.

Məsciddə iki il öncədən hamam sistemi quraşdırıldıqdan sonra hər gün əlli nəfər yuyunmaq üçün bura üz tutur.

Məscid xeyriyyəçilərin köməyi ilə həftənin Şənbə günləri evsizlərə və küçədə yaşayanlara pulsuz yemək paylayır.

Məscidin imam camaatı bura müraciət edənlərin saçını pulsuz ilsah edir ki, onların cəmiyyətə uyğunlaşması və qayıtması ümüdü çoxalsın.

Osman Gükrəm deyir: Hər kəs üçün evsizlik və küçəyə atılmaq kimi acı bir hadisə baş verə bilər. Onlar da insandırlar. Küçələrdə yatmağa səbəb və dəlilləri var. Mən onların ürək sözlərini dinləyirəm və bəzən də ailələrinin isti ağuşuna geri qaytara bilirəm.

http://iqna.ir/fa/news/3823313/

 

captcha