IQNA

Seyyid Həsən Nəsrullah:

"Yeni müharibə İsrailin məhvi deməkdir"

9:43 - July 13, 2019
Xəbər sayı: 3485492
Seyyid Həsən Nəsrullah dünən, hətənin Cümə günü, 12 İyul 2019-cu il, 2006-cı ildəki "33 günlük müharibə"nin 13-cü ildönümü münasibəti ilə "əl-Mənar" peyk televiziyasına müsahibə verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar"a istinadla verdiyi xəbərə görə, Seyyid Həsən Nəsrullah dünən, hətənin Cümə günü, 12 İyul 2019-cu il, 2006-cı ildəki "33 günlük müharibə"nin 13-cü ildönümü münasibəti ilə "əl-Mənar" peyk televiziyasına müsahibə verib.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi vurğuladı: Müqavimət güclərinin önləmə və dirənişini nəzərə alarsaq, düşmən tərəfindən yeni bir müharibənin başladılması ağıldan uzaq bir işdir. İsrail tərəfindən yeni bir müharibənin başladılması onu məhv olmaq xəttində qərar verərək.

O deyib: Düşmən bilir ki, artıq heç vaxt sürətli bir qələbə əldə edə bilməyəcək. Onlar bilirlər ki, yeni bir müharibəyə girsələr İsrail məhv olmaq sərhədinə yaxınlaşacaq.

HİZBULLAH-ın baş katibi əlavə edib: 2006-cı ilin müadilələr öz yerindədir və daha da möhkəmlənib. Livan 2006-cı ildən bəri tam təhlükəsiz, sabit və əmniyyətdə yaşayıbdır. Bütün sərhədlərimiz qorunur. Bütün bunları şəhidlərin qanı Livana bəxş etmişdir.

Seyyid Həsən Nəsrullah bildirib ki, müqavimət mehvəri bütün sahələrdə, o cümlədən təhsil, hərbi və mənəvi sahələrdə inkişaf edibdir. O, deyib ki, düşmənlər bu gün hər zamandakından daha çox müqavimətdən qorxurlar.

Livan Hizbullahının baş katibi müqavimətin raket bacarığına da toxunub: Müqavimət öz raketləri ilə sionist rejimi daş dövünə qaytara bilər.

Seyyid Həsən Nəsrullah sonra İrana qarşı hər cür hərəkət və ya avantüra haqda Amerikaya xəbərdarlıq edib və belə deyib: Əgər İran İslam Respublikasına qarşı müharibə törədilərsə, bütün bölgə alovlanacaq və Tehran əsla tək qalmayacaqdır.

Livan Hizbullahının baş katibi əlavə edib: İrana qarşı savaşda iştirak edəcək hər bir ölkə və ya rejim onun əvəzini ödəyəcəkdir.

Seyid Həsən Nəsrullah söhbətinin davamında Fələstinin həmişə bütöv qalacağına, İranın müqavimətinə, Suriya və İraqda terrorizmin məhv edilməsinə və Yəmən müqavimət güclərinin qələbəsinə işarə edərək deyib: Bütün bunlar göstərir ki, "əsrin müqaviləsi" layihəsinin heç bir gələcək üfüqü yoxdur və heç bir Ərəb dövləti bunun nəticələrini daşıyacaq gücdə deyil. Tramın müşaviri və yeznəsi də Mənamə iclasının məğlubiyyətinə indidən etiraf ediblər.   

http://iqna.ir/fa/news/3826481

captcha