İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq xəbər qaynaqları Kərbəla şəhərinin şimalında terror partlayışı törədildiyi barədə məlumat yayıblar.
Bu barədə "baghdad-times" informasiya portalının yaydığı məlumatda deyilir ki, bu gün, həftənin Şənbə günü, 27 İyul 2019-cu il, Kərbəla şəhərinin şimal bölgəsində bomba qoyulmuş maşın partlayıb.
Terror hadisəsi zamanı 1 nəfər şəhid olub və digər 4 nəfər isə yaralanıb.
Hadisənin təfərrüatı barədə hələ geniş məlumat yayılmayıb.