İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq “Hüseyn kimdir?” (Who is Hussain) təşkilatı İmam Hüseynin (ə) insanlığa verdiyi mesajlarını praktiki cəhətdən canlandırmaq üçün bir sıra xeyriyyə aksiyaları keçirib.
“Hüseyn kimdir?” təşkilatının könüllüləri Honqkonqda evsiz və kimsəsiz insalara ədyal və yemək paylama aksiyasını həyata keçiriblər.
Hüseynsevər könüllülər insanların sağlamlığının İslamda çox böyük əhəmiyyət daşıdığını bildirərək, bu aksiya ilə cüzi də olsa insanların ehtiyaclarını ödəyə bildiklərini deyiblər. /maide.az/