IQNA

İİR və İndoneziya birgə Quran fəaliyyətləri barədə danışıblar

9:44 - November 04, 2018
Xəbər sayı: 3484107
İndoneziyanın "Alimlər Hərəkatı Təşkilatı"nın "Qari və Hafizlər Cəmiyyəti"nin rəisi Kiyayi Haci Seyfullah Məsum Cakartdada İİR-nın Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Mehrdad Rəxşəndə ilə görüşüb.

İİR və İndoneziya birgə Quran fəaliyyətləri barədə danışıblarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İndoneziyanın "Alimlər Hərəkatı Təşkilatı"nın "Qari və Hafizlər Cəmiyyəti"nin rəisi Kiyayi Haci Seyfullah Məsum Cakartdada İran İslam Respublikasının Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Mehrdad Rəxşəndə ilə görüşüb.

Görüşdə tərəflər iki ölkədə Qurani-Kərim sahəsində həyata keçirilən dini fəaliyyətləri, ölkələr arasında dini və mədəni fəaliyyət əlaqələri və imkanlarını və bu imkanların genişləndirilməsini müzakirə ediblər.

İran İslam Respublikasının İndoneziyanın paytaxtı Cakartadakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Mehrdad Rəxşəndə bu görüşdə iki böyük İslam ölkəsi arasında dini və mədəni əlaqələrin genişlədirilməsinin zəruriliyini vurğulayaraq deyib: Bu gün, İslam İnqilabının ömründən 40 il keçir və biz bu müddətdə Quran fəaliyyətləri sahəsində çox böyük inkişaf və naliyyətlərinin şahidiyik. Beynəlxaq cəmiyyətə bir çox nüfuzlu Quran qariələri və hafizləri təqdim etmişik.

O əlavə edib: Quran təlimləri İran cəmiyyətinin gündəlik həyat tərzində təsirə malikdir. Ölkədə Quran yarışları, Quran sərgiləri, Qurani tədqiqatlar, Quranın çapı və nəşri, Quranın təfsiri, hifzi və qiraəti cəmiyyətin müxtəlif təbəqələri arasında geniş yayılmışdır.

Mehrdad Rəxşəndə təmsil etdiyi Mədəniyyət Mərkəzinin İran İslam Respublikasının Quran faəliyyətləri sahəsində əldə etdiyi təcrübələrin İndoneziya cəmiyyətinə ötürülməsi və bu barədə ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu elan edib.

İndoneziyanın "Alimlər Hərəkatı Təşkilatı"nın "Qari və Hafizlər Cəmiyyəti"nin rəisi Kiyayi Haci Seyfullah Məsum da İran İslam Respublikasının Mədəniyyət Mərkəzində qonaq olmasından şad olduğunu bildirib və təmsil etdiyi cəmiyyətə göndərilən Qurani hədiyyələrə görə təşəkkür edib.

Kiyayi Haci Seyfullah Məsum deyib: Bu gün İran İslam Respublikasının Quran sahəsindəki fəaliyyətləri və bu sahədəki nailiyyətləri heç kəsə gizli deyildir. Və mütləq cəmiyyətimiz İran İslam Respublikasının bu sahədəki təcrübələrində istifadə edəcəkdir.

O əlavə edib: Keçmişdə pərakəndə şəkildə olan bu əlaqələrin İran İslam Respublikasının Cakartadakı Mədəniyyət Mərkəzinin vasitəsi ilə daha münəzzəm, kamil və davamlı şəkildə həyata keçiriləcəyinə ümid edirəm. Və elan edirəm ki, biz də İranın İndoneziyadakı Qurani fəaliyyətlərini himayət edəcəyik.

Görüşün davamında müsəlman dünyasının problmeləri, o cümlədən radikalizm, təkfirçilik, Fələstin məsələsi, vəhdətin zərurəti və İslam düşmənlərinin parçalayaıcı siyasəti müzakirə edilib.

http://iqna.ir/fa/news/3760795  

captcha