IQNA

Beyt-Ləhimdə bir fələstinli cavanı şəhid etdilər

23:49 - March 27, 2019
Xəbər sayı: 3484898
Sionist silahlıları İordaniya çayının qərb sahillərində yerləşən Düheyşə sığınacağı yaxınlığında sivil vətəndaşları gülləyə tutublar. Bu hücum nəticəsində fələstinli bir cavan aldığı yaradan şəhid olub.

Beyt-Ləhimdə bir fələstinli cavanı şəhid etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Beyt-Ləhim şəhərində fələstinli bir cavan aldığı güllə yaralarının ağırlığından şəhid olub.

Bu gün, həftənin üçüncü günü, 27 Mart 2019-cu il, işğalçı sionist silahlıları İordaniya çayının qərb sahillərində yerləşən Beyt-Ləhimdə Düheyşə sığınacağı yaxınlığında sivil vətəndaşları gülləyə tutublar. Bu hücum nəticəsində fələstinli bir cavan aldığı yaradan şəhid olub.

Sacid Müzəhhər adlı bu 17 yaşlı cavan bu regionda könüllü fəaliyyət göstərən tibbi yardım qüvvələrindən idi.  

Xəbər qaynaqlarının verdiyi məlumata görə, sionist qüvvələrinin hücumu zamanı bir neçə fələstinli yaralanıb.   

http://iqna.ir/fa/news/3800016

Teqlər: iqna ، israil ، fələstin
captcha