IQNA, Sahartv-yə istinadla xəbər verir ki, Bundan öncə də təcavüzkar səud koalisiyası əl-Zalə əyalətinə qarşı raket hücumu ilə dörd yəmənli uşağı şəhid etmişdi.
Yəmənin milli qurtuluş hökuməti qüvvələrinin əl-Zalə əyalətindəki bir çox məntəqəni səud ünsürləri və muzdurlarının işğalından azad etmələrindən sonra səud-əmirliklər koalisiyasının bu əyalətə qarşı hücumları şiddətlənibdir.
Həmçinin Ərəbistanın Nəcran şəhərinin yaxınlığındakı əl-Əcaşir səhrasında səud muzdurlarını daşıyan avtomobilin hərəkəti yolunda bomba qoyulmuş bir bağlamanın partlaması nəticəsində onun sərnişinlərindən bir neçəsi ölüb və ya yaralanıbdır.
Digər bir xəbərə görə, yəmənli mübarizlərin səud muzdurlarının Təiz əyalətində yerləşən əl-Vaziyyə yolayrıcındakı mövqelərinə qarşı geniş hücumları nəticəsində səud muzdurlarından bir neçəsi məhv edilibdir.
Səud rejimi və onun müttəfiqləri 2015-ci ilin martından bəri və dörd il Yəmənin infrastrukturlarını məhv və minlərlə mülkini qırğın etdikdən sonra bu ölkə xalqının müqavimətinə görə, öz məqsədlərinə çata bilməyiblər.